Əbdürrəhman Vəzirov Moskvada dəfn olunacaq

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Əbdürrəhman Vəzirov Rusiyanın paytaxtı Moskva şəhərində dəfn olunacaq.

Bu barədə “Report”un Rusiya bürosuna mərhumun yaxınları məlumat verib.

Ə.Vəzirovun həyat yoldaşının məzarının yanında torpağa tapşırılacağı gözlənilir.

Qeyd edək ki, Ə.Vəzirov 1930-cu ildə Bakının Binəqədi rayonunda anadan olub. O, 1988-1990-cı illərdə Azərbaycan SSRİ-yə rəhbərlik edib. 1990-cı il 20 Yanvar hadisələrindən sonra o, Rusiyaya köçüb və ömrünün sonuna qədər orada yaşayıb.





Mənbə: https://report.az/daxili-siyaset/ebdurrehman-vezirov-moskvada-defn-olunacaq/

Comments are closed, but trackbacks and pingbacks are open.