Əfqanıstanda “HALO Trust”ın azı 10 işçisi öldürüldü

Əfqanıstanda “HALO Trust”ın azı 10 işçisi öldürüldü



Əfqanistanda HALO Trustin azi 10 iscisi olduruldu

Əfqanıstanda minaların və partlamamış hərbi sursatların təmizlənməsi ilə məşğul olan Britaniya-Amerika qeyri-kommersiya təşkilatı “HALO Trust”ın əməkdaşlarına qarşı maskalı naməlum silahlılar tərəfindən hücum edilib.

“Report” xəbər verir ki, bu barədə “1TV” kanalı mənbələrə istinadən məlumat verib.

Qeyd olunub ki, hücum nəticəsində şirkətin ən azı 10 əməkdaşı ölüb, 14 nəfər yaralanıb.

Əfqanıstan rəsmiləri hücumun Taliban tərəfindən həyata keçirildiyini hesab edirlər.

Qeyd edək ki, “HALO Trust” təşkilatı Azərbaycan torpaqları işğal altında olduğu zaman bu ərazilərdə minatəmziləmə əməliyyatı aparırdı.





Mənbə: https://report.az/diger-olkeler/efqanistanda-halo-trust-in-azi-10-iscisi-olduruldu/

Comments are closed, but trackbacks and pingbacks are open.