Əfqanıstanda helikopter qəzaya uğrayıb, 3 hərbçi ölüb, 1-i yaralanıb

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Əfqanıstan Hərbi Hava Qüvvələrinə məxsus “Mi-17” helikopterinin qəzaya uğraması nəticəsində üç hərbçi ölüb, biri yaralanıb.

“Report” “TOLO News”a istinadən xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.

Hadisə gecə saatlarında ölkənin mərkəzində yerləşən Vardak əyalətinin Caqatu rayonunda baş verib.

“Taliban” qruplaşması isə helikopteri vurduqlarını açıqlayıb və hadisənin məsuliyyətini üzərinə götürüb.





Mənbə: https://report.az/diger-olkeler/efqanistanda-helikopter-qezaya-ugrayib-3-herbci-olub-1-i-yaralanib/

Comments are closed, but trackbacks and pingbacks are open.