Əfqanıstanda maliyyə böhranı proqnozlaşdırılır | Report.az

Əfqanıstanda maliyyə böhranı proqnozlaşdırılır | Report.az



fqanistanda maliyyə bohrani proqnozlasdirilir Reportaz

Əfqanıstanın bank sistemi çökmək üzrədir.

“Report” xəbər verir ki, bunu Əfqanıstan İslam Bankının icraçı direktoru Sayed Musa Kalim əl-Falahi “BBC“yə bildirib.

Onun sözlərinə görə, ölkənin maliyyə sənayesi böhranla üz-üzədir:

“Hazırda bank vəsaitləri Əfqanıstandan kütləvi şəkildə çıxarılır. Əksər banklar fəaliyyət göstərmir və bütün xidmət növləri fəaliyyətini dayandırıb”, – o bildirib.

Bank rəsmisi qeyd edib ki, Əfqanıstan iqtisadiyyatı “talib”lər ölkəni avqustda ələ keçirməzdən əvvəl də çətin vəziyyətdə olub:

“Ölkə xarici yardımlardan çox asılıdır. Dünya Bankının məlumatına görə, Əfqanıstan üçün ümumi daxili məhsulunun (ÜDM) təxminən 40 %-i beynəlxalq yardımlardan gəlir”.

Avqustun sonunda Dünya Bankı Əfqanıstana dəstək proqramını dayandırıb. Bank öz qərarını ölkədəki gərgin vəziyyətlə izah edib.





Mənbə: https://report.az/diger-olkeler/efqanistanda-maliyye-bohrani-proqnozlasdirilir/

Comments are closed, but trackbacks and pingbacks are open.