Əfqanıstanda mina partlayışı nəticəsində beş uşaq həlak olub

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Əfqanıstanın şimal-qərbindəki Taxar əyalətində minanın partlayışı nəticəsində beş azyaşlı ölüb.

“Report” xəbər verir ki, bu barədə “Aamaj News” məlumat yayıb.

Regionun İnformasiya və Mədəniyyət İdarəsi rəisinin sözlərinə görə, hadisə vilayətin mərkəzi rayonlarından birində – Talukan şəhərində baş verib. Bir qrup azyaşlı partlayıcı qurğunu satış məqsədi ilə şəhərə aparmaq istəyərkən mina partlayıb.

Oxşar hadisələr mütəmadi olaraq Əfqanıstanın müxtəlif bölgələrində baş verir. Belə ki, noyabrın 8-də Uruzqan vilayətində mərminin partlaması nəticəsində 3 uşaq həlak olub, daha 5-i yaralanıb.





Mənbə: https://report.az/diger-olkeler/efqanistanda-mina-partlayisi-neticesinde-bes-usaq-helak-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.