Əfqanıstanda özbək dilinin rəsmi statusu ləğv edilib

Əfqanıstanda özbək dilinin rəsmi statusu ləğv edilib



fqanistanda ozbək dilinin rəsmi statusu ləgv edilib

“Taliban” tərəfindən Əfqanıstanda özbək dilini rəsmi statusdan məhrum edən müvəqqəti qanun qüvvəyə minib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, qanuna əsasən İslam dininin sünni-hənəfi məzhəbi Əfqanıstanın rəsmi dini, puştu və dari isə rəsmi dil kimi qəbul edilir.

Eyni zamanda Əfqanıstanın şimal əyalətlərinin bir çox sakini özbək dilində danışır ki, bu da əhalinin 8-9 faizini təşkil edir. Ölkədə əhəmiyyətli sayda şiələr də var.

İcra hakimiyyətinin başçısı vətəndaşlar və ali məclis üzvləri tərəfindən seçilən prezident hesab edilir.

Bundan əlavə, ölkədə bir bayram təsis edilib – “İngilislərdən, ruslardan və amerikalılardan müstəqillik günü”.





Mənbə: https://report.az/diger-olkeler/efqanistanda-ozbek-dilinin-resmi-statusu-legv-edilib/

Comments are closed, but trackbacks and pingbacks are open.