Əfqanıstanda terror aktı törədilib, 6 polis ölüb, 10-u yaralanıb

Əfqanıstanda terror aktı törədilib, 6 polis ölüb, 10-u yaralanıb



Əfqanistanda terror akti torədilib 6 polis olub 10 u yaralanib

Əfqanıstanın şimalında yerləşən Baqlan əyalətinin mərkəzi Pole-Xumri şəhərində hərbi baza yaxınlığında törədilən terror aktı nəticəsində təhlükəsizlik qüvvələrinin 6 əməkdaşı ölüb, 10-dan çoxu yaralanıb.

“Report” “TOLO News” telekanalına istinadən xəbər verir ki, bunu yerli hökumətin nümayəndələri bildirib.

Hadisə iyunun 9-dan 10-na keçən gecə hərbi bazanın yaxınlığında baş verib. Terrorçular avtomobili partladıblar.

“Taliban” qruplaşması partlayışın məsuliyyətini üzərinə götürüb.





Mənbə: https://report.az/diger-olkeler/efqanistanda-terror-akti-toredilib-6-polis-olub-10-u-yaralanib/

Comments are closed, but trackbacks and pingbacks are open.