Əfqanıstanın qadın futbol yığması ölkədən qaçıb

Əfqanıstanın qadın futbol yığması ölkədən qaçıb



fqanistanin qadin futbol yigmasi olkədən qacib

Qadın futbolçulardan ibarət Əfqanıstan millisi ölkədən qaçıb.

“Report” xəbər verir ki, bu barədə Pakistanın İnformasiya naziri Favad Çaudri “Daily Sabah”a açıqlamasında bildirib.

O, idmançıların Əfqanıstan – Pakistan sərhədindəki “Torham” keçid məntəqəsində olduqlarını bildirib. Çaudri oyunçuların Pakistan Futbol Federasiyası tərəfindən qəbul edildiklərini də sözlərinə əlavə edib.

Qeyd edək ki, daha əvvəl Avstraliya “Taliban”ın hakimiyyəti ələ keçirməsindən sonra Əfqanıstandakı bir neçə futbolçunu təxliyə edib.





Mənbə: https://report.az/futbol-xeberleri/efqanistan-millisinin-futbolculari-olkeni-terk-edib/

Comments are closed, but trackbacks and pingbacks are open.