Əlimərdan bəy Topçubaşovun nəvəsi vəfat edib

Əlimərdan bəy Topçubaşovun nəvəsi vəfat edib



limərdan bəy Topcubasovun nəvəsi vəfat edib

Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri, AXC Parlamentinin və Paris Sülh Konfransına göndərilən heyətin sədri, tarixi şəxsiyyət Əlimərdan bəy Topçubaşovun İstanbulda yaşayan nəvəsi Gülnarə Kürdemir vəfat edib.

“Report” xəbər verir ki, Gülnarə Kürdemir 98 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, 98 yaşlı Gülnarə xanım 2018-ci ildə AXC-nin 100 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin fəxri fərmanı ilə təltif edilmişdi.

Allah rəhmət eləsin!





Mənbə: https://report.az/hadise/elimerdan-bey-topcubasovun-istanbulda-yasayan-nevesi-vefat-edib/

Comments are closed, but trackbacks and pingbacks are open.