“Əlimdə sevgili namizədlərimin uzun siyahısı var”

"Əlimdə sevgili namizədlərimin uzun siyahısı var"


2016-cı ildə keçmiş həyat yoldaşı Bred Pittdən ayrılan Hollivud ulduzu Ancelina Coli verilişlərin birində şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib.

Axşam.az xəbər verir ki, 45 yaşlı aktrisa boşandıqdan sonra heç kimlə münasibət qurmadığını açıqlayıb. Ancelina daha sonra “Əlimdə sevgili namizədlərinin uzun siyahısı var” deyərək hər kəsi təəccübləndirib.

Qeyd edək ki, Ancelina ilə Bred xeyli müddətdir uşaqların qəyyumluğu ilə bağlı razılığa gələ bilmirlər. Onların 3 bioloji və 3 himayəyə götürdüyü 6 övladı var. Hazırda Ancelina məhkəməni qazanmaq üçün Pitt tərəfindən məişət zorakılığına məruz qalması ilə bağlı dəlillər təqdim etməyə hazırlaşır.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=131903

Comments are closed, but trackbacks and pingbacks are open.