Ərdoğan: “Türkiyə heç kimin qapısının qulu deyil”

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Türkiyədə hazırda 4,5 milyon miqrant var. Bu məsələdə ən çox əziyyət çəkən ölkə də Türkiyədir.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunansıtanın baş naziri Kiryakos Miçotakisin açıqlamasına münasibət bildirərkən deyib.

R.T.Ərdoğan bildirib ki, Türkiyə miqrantlar məsələsində lazım olan addımların atılmasını gözləyir:

“Miçotakisin ABŞ-da görüş istəyini qarşılayacağıq. Təəssüf ki, verdiyi bu açıqlamada arzuolunmaz ifadələr var. Bununla bağlı Xarici İşlər Nazirliyimiz lazımi izahat verib. Bu işdə nə qədər səmimi olduqlarını və müqavimət göstərəcəklərini görəcəyik. Türkiyə heç kimin qapısının qulu deyil. Qarşımızda vicdanla atılacaq addımları görməliyik”.





Mənbə: https://report.az/region-xeberleri/erdogan-turkiye-hec-kimin-qapisinin-qulu-deyil/

Comments are closed, but trackbacks and pingbacks are open.