“Ərimdən ayrılmağa Sevda yox, başqa qadın səbəb idi”

"Ərimdən ayrılmağa Sevda yox, başqa qadın səbəb idi"


Əməkdar artist Rühəngiz Musəvi həyat yoldaşının ondan sonra müğənni Sevda Əliqızı ilə ailə qurmasından bəhs edib.

Axşam.az xəbər verir ki, müğənni bunla bağlı “Gündən-günə” verilişində danışıb. O bildirib ki, ilk həyat yoldaşı ondan müğənni Sevdaya görə ayrılmayıb:

“Ondan özüm ayrılmışam. Buna səbəb xəyanət idi. Başqa millətdən bir xanım var idi, xəyanəti qəbul etmədim. Sonra çox istədi barışmaq, razılaşmadım. Məndən sonra bir qohumu ilə evləndi, amma ondan da ayrıldı. Ondan sonra Sevda xanımla evləndi. Sevda onun üçüncü xanımı olub. Onda mən də başqası ilə ailə qurmuşdum. Sevda gözəl xanımdı, övladımın xeyir işinə gəlib”.

Qeyd edək ki, R.Musəvi iki dəfə ailə qurub. Sənətçinin ilk həyat yoldaşı idmançı Çingiz Eyvazov olub. O, Ruhəngizlə ayrılaraq, Sevda Əliqızı ilə ailə qurub. Amma onun bu nikahı da uzun çəkməyib və cütlük boşanıb.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=134284

Comments are closed, but trackbacks and pingbacks are open.