2021-ci ildə ən çox qol vuran qapıçı bəlli olub

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ildə ən çox qol vuran qapıçının adını açıqlayıb.

“Report” IFFHS-ın rəsmi saytına istinadən xəbər verir ki, bu, Paraqvayın “Quarani” klubunun qolkiperi Qaspar Serviodur.

29 yaşlı oyunçu yerli çempionatda 7 dəfə penaltidən fərqlənib.

Serviodan başqa 2021-ci ildə yalnız bir qapıçı birdən çox qol vurub. Braziliyanın “Atletiko Qoiyaniense” komandasından Jean Paulo Fernandeş Filyo 2 dəfə rəqib qapılarında yol tapıb.





Mənbə: https://report.az/futbol-xeberleri/2021-ci-ilde-en-cox-qol-vuran-qapici-belli-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.