ABŞ Dövlət katibinin köməkçisi İçərişəhərdə təndir çörəyi yedi

ABŞ Dövlət katibinin köməkçisi İçərişəhərdə təndir çörəyi yedi



ABŞ Dövlət katibinin köməkçisi Icərisəhərdə təndir corəyi yedi

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi İçərişəhəri ziyarət edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

“Azərbaycanda yalnız bir neçə günlük səfərdə olmasına baxmayaraq, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin səlahiyyətlərini icra edən Filip Riker Bakının əzəmətli tarixi abidələrdən biri olan İçərişəhəri ziyarət etmək şansını əldən verməyib. Öz işgüzar səfərinin sonunda səfir Riker Şirvanşahlar Sarayını və İçərişəhərin digər tanınmış yerlərini ziyarət etdi. Bakının həqiqətən mədəniyyətlərin qovşağı olduğunu qeyd edən səfir Riker növbəti səfər zamanı Küləklər şəhərini kəşf etməsinə daha çox vaxt sərf edəcəyinə umid edir”,- səfirlikdən bildirilib.

F.Riker İçərişəhərdə təndir çörəyinin də dadına baxıb.





Mənbə: https://report.az/xarici-siyaset/abs-do-vlet-katibinin-ko-mekc-isi-iceriseherde-tendir-coreyi-yedi/

Comments are closed, but trackbacks and pingbacks are open.