ABŞ əfqanların təxliyəsini dayandırdı | Report.az

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Əfqanıstan vətəndaşlarının ABŞ-a təxliyəsi bu şəxslər arasında qızılcanın yayılmasına görə ən azı yeddi gün daha dayandırılıb.

“Report” xəbər verir ki, bunu Ağ Evin mətbuat katibinin müavini Karin Jan-Pyer məlumat verib.

Onun sözlərinə görə, uçuşlar hələ də ehtiyat tədbirləri çərçivəsində dayandırılıb:

“ABŞ-a gələn bütün əfqanlar hazırda qızılcaya qarşı peyvənd olunmalıdır. Onlar hərbi bazalara aparılır. Əfqanları həmçinin məxmərək, qızılca və parotidə də qarşı peyvənd etməyə başlayacağıq”.





Mənbə: https://report.az/diger-olkeler/abs-efqanlarin-texliyesini-dayandirdi/

Comments are closed, but trackbacks and pingbacks are open.