ABŞ Afrikanın üç ölkəsi üçün güzəştləri ləğv edib

ABŞ “Açıq Hava Səması Müqaviləsi”nə qayıtmaq imkanlarını araşdırır



ABS Aciq Hava Səmasi Muqaviləsinə qayitmaq imkanlarini arasdirir

Birləşmiş Ştatlar Efiopiya, Qvineya və Malidən olan malların Amerika bazarına rüsumsuz girişini bu ölkələrin hakimiyyət orqanları tərəfindən insan hüquqlarının və ya konstitusiya quruluşunun pozduqlarına görə ləğv edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın ticarət danışıqlarındakı nümayəndə heyətinin yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, Afrika dövlətləri üçün güzəştlərin tətbiq edilməsi haqqında qanun 2000-ci ildə qəbul edilib və hazırda isə bu dövlətlər lazımi meyarlara cavab vermirlər.

Bəyanatda vurğulanıb ki, ölkələr müəyyən tələbləri yerinə yetirdikləri təqdirdə statuslarını bərpa etmək imkanına malikdirlər.





Mənbə: https://report.az/diger-olkeler/abs-afrikanin-uc-olkesi-ucun-guzestleri-legv-edib/

Comments are closed, but trackbacks and pingbacks are open.