ABŞ-da Kolombo mafiya klanının rəhbəri həbs edilib

ABŞ-da Kolombo mafiya klanının rəhbəri həbs edilib



ABS da Kolombo mafiya klaninin rəhbəri həbs edilib

ABŞ-ın Federal Təhqiqatlar Bürosu və Nyu-York polisi məşhur Kolombo mafiya klanının rəhbəri Endryu Russonu həbs edib.

“Report” xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Mafiya başçısı ilə yanaşı, klanın daha 9 üzvü və onlarla əlaqəli olan 12 nəfər saxlanılıb. Onlar korrupsiya və fırıldaqçılıqda şübhəli bilinirlər.

Bu gün məhkəmədə saxlanılanlara qarşı ittiham irəli sürüləcək.

Qeyd edək ki, Kolombo ailəsi Nyu-Yorkdakı mütəşəkkil cinayətlərə nəzarət edən ən böyük beş mafiya qrupundan biridir.





Mənbə: https://report.az/diger-olkeler/meshur-kolombo-mafiya-klaninin-rehberi-hebs-edilib/

Comments are closed, but trackbacks and pingbacks are open.