ABŞ-da koronavirusa yoluxma sayında yeni dünya rekordu qeydə alınıb

ABŞ-da bir gündə koronavirusa 1 milyondan çox yoluxma qeydə alınıb



ABS da koronavirusa yoluxma sayinda yeni dunya rekordu qeydə alinib

Son sutka ərzində ABŞ-da koronavirusa azı 1,13 milyon yeni yoluxma halı qeydə alınıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu, yeni dünya rekordudur. ABŞ-ın heç də bütün ştatlarının yoluxma ilə bağlı hesabatı açıqlamaması bu göstəricinin daha böyük olacağından xəbər verir.

Məlumata görə, xəstəxanaya yerləşdirilənlərin sayında da rekord qeydə alınıb. Belə ki, ötən gün ərzində 135 500 xəstəxana yerləşdirilib.

Qeyd edək ki, Con Hopkins universitetinin məlumatına görə, ABŞ-da koronavirusa yoluxanların sayı 60 milyol nəfəri ötüb. Virusa yoluxmuş 837 min nəfər vəfat edib.





Mənbə: https://report.az/diger-olkeler/abs-da-koronavirusa-yoluxma-sayinda-yeni-dunya-rekordu-qeyde-alinib/

Comments are closed, but trackbacks and pingbacks are open.