ABŞ-da qazın qiyməti 7 illik maksimuma çatıb

ABŞ-da qazın qiyməti 7 illik maksimuma çatıb



ABS da qazin qiyməti 7 illik maksimuma catib

ABŞ-da təbii qazın qiyməti 2014-cü ildən bəri rekord həddə çatıb.

“Report” bu barədə “Wall Street Journal” qəzetinə istinadən xəbər verir.

Qəzetin yazdığına görə, sentyabr ayında qiymətlər 17% artıb.

Mövcud qiymət artımı həm ev təsərrüfatları, həm də sənaye müəssisələrinə ağır zərbə vura bilər.

Bu vəziyyətdən isə enerji şirkətləri faydalana bilər. Belə ki, qazın bahalaşmasından sonra onların səhmləri 5% bahalaşıb. Digər sektorlarda qiymətli kağızlar 5%-dən çox ucuzlaşıb.





Mənbə: https://report.az/energetika/abs-da-qazin-qiymeti-7-illik-maksimuma-catib/

Comments are closed, but trackbacks and pingbacks are open.