ABŞ-da sürücü avtomobili izdihamın üstünə sürüb, ölən və xəsarət alanlar var

ABŞ-da sürücü avtomobili izdihamın üstünə sürüb, ölən və xəsarət alanlar var


ABŞ-ın Viskonsin ştatının Uokeşa şəhərində Milad paradında sürücünün avtomobili izdihamın üzərinə sürməsi nəticəsində bir nəfər ölüb, iyirmidən çox insan xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə CBS 58 telekanalı polisə istinadən məlumat yayıb.

“Polisin məlumatına görə, Uoukeşdə keçirilən bayram paradında avtomobil izdihamın arasından keçərək 20-dən çox insan yaralanıb”, – telekanal bildirib.

Bundan əvvəl yerli media bir neçə qurban barədə məlumat verib.

İnsanları vuran avtomobil tapılıb.

Polis hadisə yerinə yaxın ərazilərdə yaşayan sakinlərdən evlərini tərk etməməyi xahiş edib. Yerli Kerroll Universitetinin kampusu bağlanıb.

ABS da surucu avtomobili izdihamin ustunə surub olən və xəsarət alanlar





Mənbə: https://report.az/diger-olkeler/abs-da-surucu-avtomobili-izdihamin-ustune-surub-olen-ve-xesaret-alanlar-var/

Comments are closed, but trackbacks and pingbacks are open.