ABŞ Dövlət Departamenti: NATO Rusiya ilə dialoqa hazırdır

ABŞ Dövlət Departamenti: NATO Rusiya ilə dialoqa hazırdır



ABS Dovlət Departamenti NATO Rusiya ilə dialoqa hazirdir

ABŞ dövlət katibi Entoni Blinken NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığında Rusiya ilə gözlənilən təmasları müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, NATO Rusiya ilə dialoqa hazırdır və Ukrayna məsələsində həmrəydir.

Qeyd edək ki, yanvarın 10-da Cenevrədə Rusiya ilə ABŞ arasında təhlükəsizlik üzrə danışıqların aparılması planlaşdırılır. Bundan əlavə, yanvarın 12-də Rusiya-NATO Şurasının iclası, yanvarın 13-də isə Rusiya ilə ATƏT arasında danışıqlar baş tutacaq.





Mənbə: https://report.az/diger-olkeler/dovlet-departamenti-nato-nun-rusiya-ile-dialoqa-hazir-oldugunu-aciqlayib/

Comments are closed, but trackbacks and pingbacks are open.