ABŞ hərbçiləri “Əl-Qaidə” liderlərindən birinə zərbə endirib

ABŞ hərbçiləri "Əl-Qaidə" liderlərindən birinə zərbə endirib



ABS hərbciləri Əl Qaidə liderlərindən birinə zərbə endirib

ABŞ hərbçiləri Suriyanın şimal-qərbində “Əl-Qaidə” terror qruplaşmasının liderlərindən birinə hücum ediblər.

“Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi jurnalistlərə bildirib.

Amerika hərbçiləri hesab edir ki, hədəfi vurublar.

ABŞ silahlı qüvvələrinin Mərkəzi Komandanlığından informasiyasına istinad edən Con Kirbi İdlib şəhəri ətrafında hava zərbəsinə görə məsuliyyət daşıdıqlarını etiraf edib.

“İdlib yaxınlığında “Əl-Qaidə”nin yüksək vəzifəli liderinə zərbə endirilib. İlkin hesablamalara əsasən, zərbə hədəfə dəyib. Hazırda mülki əhali arasında itkilərin mövcudluğunu güman etməyə əsas yoxdur”, – Kirbi Pentaqondakı brifinqdə deyib.





Mənbə: https://report.az/diger-olkeler/abs-herbcileri-el-qaide-liderlerinden-birine-zerbe-endirib/

Comments are closed, but trackbacks and pingbacks are open.