ABŞ-ın Apeks şəhər meri Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar Bəyannamə imzalayıb

ABŞ-ın Apeks şəhər meri Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar Bəyannamə imzalayıb


ABŞ-ın Şimali Karolina ştatının Apeks şəhərinin meri Jak Jilber 18 oktyabr Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar Bəyannamə imzalayıb.

“Report”un yerli bürosu xəbər verir ki, şəhər meri Bəyannaməni “Azərbaycan Dostluq Təşkilatı”nın rəhbəri, İnformasiya Texnologiyaları üzrə elmlər doktoru Adika İqbala təqdim edib.

A.İqbal “Report”a müsahibəsində deyib ki, J.Jilber Azərbaycan xalqını və Şimali Karolina ştatında yaşayan həmvətənlərimizi təbrik edib, Apeks şəhərində onlara ev sahibliyi etməkdən qürur duyduğunu deyib: “Apeks şəhərinin meri J.Jilber Azərbaycanı çox sevir. Onun bu addımı icmamıza olan diqqət və qayğının təzahürüdür. Biz də öz növbəmizdə şəhər merinə təşəkkür etdik”.

Vüsalə Abbasova





Mənbə: https://report.az/xarici-siyaset/abs-apeks-seher-meri-azerbaycanin-musteqillik-gunu-ile-elaqedar-beyanname-imzalayib/

Comments are closed, but trackbacks and pingbacks are open.