ABŞ-ın Kolorado ştatında meşə yanğınları 1 000-ə yaxın evi məhv edib, itkin düşənlər var

ABŞ-ın Kolorado ştatında meşə yanğınları 1 000-ə yaxın evi məhv edib, itkin düşənlər var



ABS in Kolorado statinda mesə yanginlari 1 000 ə yaxin evi məhv

ABŞ-ın Kolorado ştatının Boulder qraflığında meşə yanğınları nəticəsində dağılan evlərin sayı 600-dən 991-ə yüksəlib, üç nəfər itkin düşmüş sayılır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Boulder dairəsinin şerifi Co Pelle mətbuat konfransında bildirib.

“Bizim hazırkı hesablamalarımıza görə, Luisvildə 553 ev dağılıb, daha 45 ev zədələnib. Superiorda 332 ev məhv olub, 60 ev dağılıb. Bu şəhərlərdən kənarda isə 106 ev məhv olub, 22 evə ziyan dəyib, ümumilikdə 991 ev dağılıb, 127 evə ziyan dəyib”.

“Biz həmçinin azı üç nəfərin itkin düşdüyünü təsdiqləyə bilərik. Axtarışlar davam edir, lakin çox güman ki, söhbət meyitlərin qalıqlarının axtarışından gedir”, – Pelle əlavə edib.

Meşə yanğınları cümə axşamı başlayıb. İlkin versiyaya görə, yanğınlar Boulder dairəsində elektrik xətlərinin qırılmasından sonra yaranan qısaqapanma səbəbindən başlayıb. Alov quru ot və küləkli hava səbəbindən çox sürətlə yayılıb, bəzi ailələrin alov içində qalmadan əvvəl evlərini tərk etməyə sözün əsl mənasında bir neçə dəqiqə vaxtı olub. Yanğını cümə gecəsi başlayan qar dayandırıb.





Mənbə: https://report.az/diger-olkeler/abs-in-kolorado-statinda-mese-yanginlari-1-000-e-yaxin-evi-mehv-edib-itkin-dusenler-var/

Comments are closed, but trackbacks and pingbacks are open.