ABŞ İranla nüvə proqramı üzrə danışıqları bərpa edir

ABŞ İranla nüvə proqramı üzrə danışıqları bərpa edir



ABS Iranla nuvə proqrami uzrə danisiqlari bərpa edir

“Bu həftənin sonunda Vyanada İranın nüvə proqramı üzrə Əhatəli Razılaşma Müqaviləsinə qayıtmaq üçün danışıqlar bərpa olunacaq”.

“Report” “Newsru.co”ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Vendi Şerman bildirib.

“Biz ciddi irəliləyiş əldə etmişik. Ancaq son detallar razılaşdırılmayanadək anlamanın olub-olmadığını deyə bilmərik”, – o qeyd edib.

V.Şerman deyib ki, iyunun 18-də İranda keçiriləcək prezident seçkisi danışıqları mürəkkəbləşdirir.

Xatırladaq ki, V.Şerman 2015-ci ilin iyulunda imzalanan ilkin razılaşmanın müəlliflərindəndir.





Mənbə: https://report.az/region-xeberleri/abs-iranla-nuve-proqrami-uzre-danisiqlari-berpa-edir/

Comments are closed, but trackbacks and pingbacks are open.