ABŞ Kubaya qarşı embarqonu daha bir il uzadıb

ABŞ Kubaya qarşı embarqonu daha bir il uzadıb



ABS Kubaya qarsi embarqonu daha bir il uzadib

ABŞ Prezidenti Cozef Bayden Kubaya qarşı tətbiq olunan ticarət məhdudiyyətlərinin 14 sentyabr 2022-ci il tarixinə qədər uzadılmasına qərar verib.

“Report” xəbər verir ki, sözügedən bəyanat Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.

Sənəddə deyilir ki, ABŞ-ın milli maraqlarına uyğun olaraq Kubaya qarşı tətbiq edilən məhdudiyyətlər daha bir il uzadılıb.

Qeyd edək ki, bu, 1917-ci ildə qüvvəyə minən bir qanun olmaqla ABŞ-a digər ölkələrlə ticarəti məhdudlaşdırmağa imkan verir. Kubaya qarşı ilk sanksiyalar 1960-cı ildən tətbiq olunmağa başlanıb. Sonra sanksiyalar embarqoya qədər genişləndirilib.





Mənbə: https://report.az/diger-olkeler/abs-kubaya-qarsi-embarqonu-daha-bir-il-uzadib/

Comments are closed, but trackbacks and pingbacks are open.