ABŞ müdafiə naziri Gürcüstana səfər edəcək

ABŞ müdafiə naziri Gürcüstana səfər edəcək



ABS mudafiə naziri Gurcustana səfər edəcək

ABŞ-ın müdafiə naziri Lloyd Austin gələn həftə Ukrayna, Gürcüstan və Rumıniyaya səfər edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Müdafiə Departamentinin mətbuat katibi Con Kirbi məlumat verib.

O bildirib ki, Pentaqon rəhbəri daha sonra NATO müdafiə nazirlərinin görüşündə iştirak etmək üçün Brüsselə yollanacaq.

Səfərin dəqiq tarixi hələ açıqlanmır.

Qeyd edək ki, NATO müdafiə nazirlərinin Brüssel toplantısı 21-22 oktyabr tarixinə planlaşdırılıb.





Mənbə: https://report.az/region-xeberleri/abs-mudafie-naziri-gurcustana-sefer-edecek/

Comments are closed, but trackbacks and pingbacks are open.