Abşeronda avtomobillə vurulan qadın ölüb

Paşinyanın həyat yoldaşı bu dəfə Amerikaya gedib


Abşeron rayonunun Güzdək kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, iyulun 21-də saat 22 radələrində Abşeron rayonunun Güzdək kəndi ərazisində Naxçıvan şəhər sakini N.Həsənov idarə eydiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Quba rayon sakini Şəlalə Orucovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı araşdırma aparılır.





Mənbə: https://report.az/hadise/abseronda-avtomobille-vurulan-qadin-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.