Afaq Bəşirqızı Novruz Qartalla bağlı dediyi sözlərə aydınlıq gətirdi

Afaq Bəşirqızı Novruz Qartalla bağlı dediyi sözlərə aydınlıq gətirdi


Xalq artisti Afaq Bəşirqızı Əməkdar artist Novruz Qartalla bağlı dediyi qalmaqallı sözlərə aydınlıq gətirib.

Axşam.az xəbər verir ki, aktyorun ünvanına “Novruz Qartal xəstə adamdır da, Milli Qəhrəman etmişiniz” sözlərini söyləyən Bəşirqızı fikrinin yanlış qələmə verildiyini bildirib. “Elgizlə izlə” proqramına zəng edən aktrisa bunları söyləyib:

“Mən karvanbaşıyam… Mənim karvanım gedir, hər səsə dönə, karvanımı azdıra bilmərəm. Söhbət elə olmayıb. Etdiyimi dilə gətirən deyiləm, sevmirəm. Bunu özümə təhqir sayıram. Novruz Qartalın vəziyyətini efirdə səsləndirib, bəyan etməyi mən dedim.

Mən insanlar məni günahsız bilsin deyə, danışan deyiləm. Dediyim sözün üstündəyəm. Belə demişəm ki, Novruz Qartalın bu xəstə halda şəklini verə-verə nə fikirləşirsiz? Novruz Qartalı etmisiz Milli Qəhrəman, ondansa ona kömək edin. Bu müsahibəni vermək istəmirəm. Novruz Qartala kim nə edirsə, onu tanrı bilir. Hər şeyi vaxtında fikirləşib etmək lazımdır. Xəstəliklə ölüm xəbərdarlıq etmir ki, gəlirəm”.

Qeyd edək ki, A.Bəşirqızının “Mən elə boş adam deyiləm ki, hər mövzuda danışım, münasibət bildirim. Onun haqqında bu qədər yazırsınız, daha bəsdir. Novruz Qartalı eləmisiniz Milli Qəhrəman, Allah evinizi tiksin. İndi xəstə adamdır, aktyordur da. Heç dəxli var?” açıqlamasını yenisabah.az saytı yayımlayıb.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=140340

Comments are closed, but trackbacks and pingbacks are open.