Afaq efirə Turalla çıxacaq, Umka isə…

Afaq efirə Turalla çıxacaq, Umka isə...


Xəbər verdiyimiz kimi, aparıcı Afaq Gəncəli ATV-dən ayrılıb. O, bundan sonra “Xəzər TV”də fəaliyyətini davam etdirəcək.

Axşam.az-ın əldə etdiyi məlumata görə, Afaq Gəncəli sözügedən kanalda həmkarı Tural Əsədovla birlikdə efirə çıxacaq. Onlar birlikdə həftə içi beş gün efirə çıxacaqlar.

Hazırda yayımlanan “Səhər mərkəzi” verilişinin aqibətinin necə olacağı isə bəlli deyil. Proqramın aparıcılarından olan Ümnisə Hacıyeva (Umka) ana olmağa hazırlaşır. Karantində ailə quran Umka buna görə aparıcılığına ara verəcək.

Qeyd edək ki, “Səhər mərkəzi” verilişini Tutu Zeynalova, Ümnisə Hacıyeva və Tural Əsədov aparırdı.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=136142

Comments are closed, but trackbacks and pingbacks are open.