AFFA uşaqlar üçün AVRO-2020-nin oyunlarına bilet hədiyyə etdi

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


AFFA Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə bağlı bir sıra qurumlara biletlərin ayrılması ilə barədə qərar qəbul edib.

“Report”un məlumatına görə, korporativ sosial məsuliyyət təşəbbüsü ilə “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun sindromlu uşaqların reabilitasiya mərkəzi, “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası İctimai Birliyi, YAŞAT fondu, LU-MUN, Qadın və Uşaq Sığınacağı, koronavirus pandemiyası dövründə fəaliyyət göstərən tibb işçiləri (onların övladları) bitetlə təmin edilib.

İyunun 12-də keçiriləcək Uels – İsveçrə oyunu üçün ayrılmış biletlər iyunun 10-da Bakı Olimpiya Stadionunda AFFA-nın nümayəndəsinin iştirakı ilə sözügedən qurumlara bu və ya digər şəkildə aidiyyəti olan uşaqlara, eləcə də onları müşayiət edən şəxslərə təqdim olunub.

Qeyd edək ki, AVRO-2020 iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.





Mənbə: https://report.az/futbol-xeberleri/affa-usaqlar-ucun-avro-2020-nin-oyunlarina-bilet-hediyye-etdi/

Comments are closed, but trackbacks and pingbacks are open.