Afina yaxınlığında meşə yanğınları tüğyan edir

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Afinanın şimal-şərqindəki Stamata və Agios Stefanos qəsəbələrinin sakinləri meşə yanğınları səbəbilə təxliyə olunublar.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, paytaxtın şərq qəsəbələri Vironas və Kaysariani yaxınlığındakı dağlıq ərazidə də daha bir yanğın başlayıb. Yanğının nəzarət altına alındığı bildirilir.

Yanğını söndürmək üçün 43 nəfər canlı qüvvə, 14 yanğınsöndürən maşın, 2 təyyarə, 2 helikopter cəlb edilib. Ərazidən keçən əsas magistral yol bağlanıb.

Yanğın Xidmətindən son 24 saat ərzində ölkə boyu 40 meşə yanğını barədə xəbər aldıqlarını bildiriblər.





Mənbə: https://report.az/diger-olkeler/afina-yaxinliginda-mese-yanginlari-tugyan-edir/

Comments are closed, but trackbacks and pingbacks are open.