Ağdamda minaya düşən şəxsin vəziyyəti sabitdir

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Ağdam rayonunda yol tikintisi zamanı minaya düşərək yaralanan ekskavatorçu Ağayev Zəfər Yunis oğlunun vəziyyəti sabitdir.

Bu barədə “Report”a Bərdə Mərkəzi Rayon Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, yaralının üz nayihəsində şüşə qırıntılarının yaratdığı xəsarətlər var. Partlayış zamanı avtomobilin kabinəsində olduğundan ağır xəsarət almayıb.

Xatırladaq ki, hadisə Ağdam rayonunun işğaldan azad edilən Baş Qərvənd kəndi ərazisində baş verib.





Mənbə: https://report.az/hadise/agdamda-minaya-dusen-sexsin-veziyyeti-sabitdir/

Comments are closed, but trackbacks and pingbacks are open.