Ağdaşda qardaşını öldürən qıza hökm oxunub

Ağdaşda qardaşını öldürən qıza hökm oxunub



Agdasda qardasini oldurən qiza hokm

Ağdaşda qardaşını öldürməkdə təqsirləndirilən Ülkər Ələkbərovanın cinayət işi üzrə məhkəməsi başa çatıb.

Report“un Yuxarı Şirvan bürosu xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ü. Ələkbərova 9 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il noyabrın 12-də saat 14 radələrində Ağdaş rayonunda baş verib.Xosrov kənd sakini 1987-ci il təvəllüdlü Umarov Xancan Əmirxan oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Aparılmış araşdırmalarla zərərçəkmiş şəxsin bacısı 1996-cı il təvəllüdlü Ələkbərova Ülkər Əmirxan qızının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Xancan Umarovu qəsdən öldürməsi məlum olub.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham verilib.





Mənbə: https://report.az/hadise/agdasda-qardasini-olduren-qiza-hokm-oxunub/

Comments are closed, but trackbacks and pingbacks are open.