Ağstafada avtomobil qəzası zamanı xəsarət alanların şəxsiyyəti məlum olub – YENİLƏNİB

Ağstafada avtomobil qəzası zamanı xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB



Beyləqanda yol qəzasinda ana və azyasli ovladi xəsarət aldi

Ağstafa rayon Dağ Kəsəmən kənd ərazisində 2 avtomobilin toqquşması nəticəsində xəsarət alanların kimliyi dəqiqləşib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, kənd ərazisində “VAZ” markalı avtomobilin digər minik avtomobilinlə toqquşması nəticəsində, Ağstafa rayon sakini, 1992-ci il təvəllüdlü Etibar Əmiraslanov və 1995-ci il təvəllüdlü Ülvi Quliyev xəsarət alaraq Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onların vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

22:50

Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, rayonun ərazisində 2 avtomobilin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi bölməsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.





Mənbə: https://report.az/hadise/agstafada-avtomobil-qezasi-zamani-xesaret-alanlarin-sexsiyyeti-melum-olub-yenilenib/

Comments are closed, but trackbacks and pingbacks are open.