Ağsuda iki avtomobil toqquşdu, xəsarət alan var

Ağsuda iki avtomobil toqquşdu, xəsarət alan var



Agsuda iki avtomobil toqqusdu xəsarət alan var

Ağsu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişin 1973-cü il təvəllüdlü İslamov Cavanşir Ələddin oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.





Mənbə: https://report.az/hadise/agsuda-iki-avtomobil-toqqusdu-xesaret-alan-var/

Comments are closed, but trackbacks and pingbacks are open.