Aİ Azərbaycana sərhədlərin delimitasiyası və demarkasiyası kimi sahələrdə təcrübəsini bölüşməyi təklif edib

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


“Avropa İttifaqı “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində sabit, təhlükəsiz və çiçəklənən Cənubi Qafqazın olmasında maraqlıdır. Biz nəzərdə tutulan Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq prosesində Azərbaycanın fəal iştirakını və töhfəsini səbirsizliklə gözləyirik”.

“Report”un xəbərinə görə, bunu Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalko oktyabrın 6-da etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edərkən deyib.

“Biz, həmçinin ATƏT-in Minsk Qrupuna əlavə olaraq etimadın artırılması və sülhün qurulması prosesində üzərimizə rol götürməyə də hazırıq. Tərəflərin marağı olarsa, biz layihə imkanlarından istifadə edərək sərhədlərin delimitasiyası və demarkasiyası kimi sahələrdə təcrübəmizi bölüşməyi təklif edirik”, – o vurğulayıb.





Mənbə: https://report.az/xarici-siyaset/ai-azerbaycana-serhedlerin-delimitasiyasi-ve-demarkasiyasi-kimi-sahelerde-tecrubesini-bolusmeyi-teklif-edib/

Comments are closed, but trackbacks and pingbacks are open.