Alen Delon: “Mən tamamilə ruh düşkünlüyü içindəyəm”

Alen Delon: “Mən tamamilə ruh düşkünlüyü içindəyəm”



Alen Delon Mən tamamilə ruh duskunluyu icindəyəm

Məşhur fransız aktyor Alen Delon həmkarı Jan-Pol Belmondonun ölümündən kədərləndiyini bildirib.

“Report” xəbər verir ki, Alen Delon bu barədə “CNews” telekanalının efirində qeyd edib.

“Mən tamamilə ruh düşkünlüyü içindəyəm. Bu, mənim həyatımın bir hissəsi idi. Biz 60 il əvvəl birlikdə başladıq”, – əfsanəvi aktyor “CNews” telekanalının efirində həmkarının ölümü barədə danışarkən deyib.

Qeyd edək ki, Fransanın iki əfsanəvi aktyoru təxminən eyni vaxtda doğulublar, bununla yanaşı, ölkədə və dünyada eyni səviyyədə məşhur olublar. Bir çoxları aktyorları tez-tez rəqib hesab edirdilər, lakin Alen Delon özü bildirib ki, Belmondosuz Delon, Delonsuz Belmondo olmazdı.

Aktyorlar bir neçə dəfə eyni filmdə rol alıblar. Onların ümumi ekran işləri arasında – “Borsalino”, “İki nəfər üçün bir şans”, “Gözəl ol və sus” kimi məşhur filmlər var.

Jan-Pol Belmondo bu gün 88 yaşında vəfat edib. Onun ölüm səbəbi açıqlanmır. Aktyor “Peşəkar”, “Son nəfəsdə”, “Xüsusi detektiv” və digər filmlərdəki rollarına görə məşhurdur.





Mənbə: https://report.az/incesenet-xeberleri/alen-delon-men-tamamile-ruh-duskunluyu-icindeyem/

Comments are closed, but trackbacks and pingbacks are open.