Ali məktəblərə qəbul olanların qeydiyyatı başlanır – Yenicag.Az

“Təsdiq etməyi unutmayın” – Yenicag.Az


Ali məktəblərə qəbul olanların onlayn qaydada qeydiyyatı başlanır.

Dövlət İmtahan Mərkəzindən Yenicag.az-a bildirilib ki, tələbə adını qazanmış şəxslər sentyabrın 7-dən 20-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsili müəssisələrində təhsilalanın qeydiyyatı” xidmətini seçməlidirlər.

Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı Təhsil Nazirliyindən məlumat ala bilərlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

COVID 19 pasportu olmadan toya pul yazdirib cixmaq olar – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/ali-mekteblere-qebul-olanlarin-qeydiyyati-baslanir/

Comments are closed, but trackbacks and pingbacks are open.