Alimlərdən havanın rekord həddə istiləşəcəyi barədə xəbərdarlıq

Alimlərdən havanın rekord həddə istiləşəcəyi barədə xəbərdarlıq



Alimlərdən havanin rekord həddə istiləsəcəyi barədə

Yer kürəsində havanın temperaturunun artımı sürətlənir, bu onda gətirib çıxaracaq ki, ən yaxın onilliklərdə uzun müddətli istilərin intensiv dövrləri müşahidə olunacaq.

“Report” xəbər verir ki, bu barədə “Axios” Sürixin Ali Texniki Məktəbinin tədqiqatına istinadən bildirib.

“Əsas fikir ondan ibarətdir ki, biz qarşıdakı onilliklərdə istilərin rekordlarını daha çox üstələyəcək rekord həddə hazırlaşmalıyıq”, – tədqiqatın iştirakçısı Erik Fişer bildirib.

Alimlər tədqiqatın gedişatında həmçinin müəyyənləşdiriblər ki, qeyri-adi isti hava istixana qazlarının atmosferə buraxılması ilə bağlı ola bilər. Qazların buraxılması göstəriciləri göstəriciləri nə qədər çox olsa, istilik dövrü o qədər çox ola bilər.

Tədqiqatçılar eləcə də qeyd ediblır ki, Yerdə orta illik hərarət hər onillik ərzində 0,18 dərəcə artır. Bu daha əvvəlki 40 ildə müşahidə olunandan sürətlidir. Bu nəticələr alimlərin hesab etdiyi kimi, istixana qazlarının tullantılarını azaltmaq ehtiyacını göstərir.

Alimlər istixana qazlarının Yer kürəsinin iqlimini sürətlə dəyişdirdiyindən mövcud tədbirlərin yetərli olmayacağı fikrini də irəli sürüblər.





Mənbə: https://report.az/maraqli-melumatlar/alimlerden-havanin-rekord-hedde-istileseceyi-barede-xeberdarliq/

Comments are closed, but trackbacks and pingbacks are open.