Alişan koronavirusdan ölən qardaşı haqda

Alişan koronavirusdan ölən qardaşı haqda -


Türkiyəli müğənni Alişan sosial şəbəkədə koronavirus səbəbi ilə dünyasını dəyişən qardaşı Selçukdan yazıb.

Axşam.az xəbər verir ki, sənətçi İntsaqramda qardaşı və övladlarının fotosunu paylaşaraq hisslərini bölüşüb:

“Qardaşım bizi yetim qoyub getdin. Sən mənim qardaşım, sirdaşım, dostum, hər şeyim idin. İndi sənsiz nə edəcəyəm. Dualar etdik, amma heç birinin faydası olmadı. Allahım səni bizdən daha çox istədi və yanına apardı. 2 uşağım və 2 qardaşım uşağı var idi, artıq 4 uşağım var. Sen rahat yat, mənə əmanətdirlər. Səni çox sevirəm qardaşım. Yaşadığın müddət məni qürurlandırdığın hər an üçün təşəkkür edirəm. Səni bir də görə bilməmək məni dəli edir. Mənəviyyatını hər zaman yaşadacağam. Allahım məkanını cənnət etsin”.

Alisan koronavirusdan olən qardasi haqda



Mənbə: https://axsam.az/?name=xeber&news_id=134385

Comments are closed, but trackbacks and pingbacks are open.