Almaniya XİN başçısı Ukraynaya səfər edəcək

Almaniya XİN başçısı Ukraynaya səfər edəcək



Almaniya XIN bascisi Ukraynaya səfər edəcək

Almaniyanın xarici işlər naziri Annalena Berbok yanvarın 17-də Ukraynaya, yanvarın 18-də isə Rusiyaya səfər edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Kristofer Burqer bildirib.

Onun sözlərinə görə, səfər müəyyən olunmuş siyasi kontekstdə reallaşacaq.

“Rusiya-Ukrayna sərhədindəki vəziyyətlə əlaqədar təcili qərar qəbul edilməsi, eləcə də müxtəlif danışıqların formatı tələb olunur”, – nazirliyin nümayəndəsi əlavə edib.





Mənbə: https://report.az/diger-olkeler/almaniya-xin-bascisi-ukraynaya-sefer-edecek/

Comments are closed, but trackbacks and pingbacks are open.