Almaniyada polis sinaqoq ətrafında əməliyyat keçirib

Almaniyada polis sinaqoq ətrafında əməliyyat keçirib



Almaniyada polis sinaqoq ətrafinda əməliyyat kecirib

Almaniyanın qərbindəki Hagen şəhərində polis sinaqoq ətrafında xüsusi əməliyyat keçirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, polis əməliyyatın keçirilməsini sinaqoq ətrafında mümkün təhlükə ilə əlaqələndirib.

Sinaqoq binasının yerləşdiyi küçə bağlanıb. Əməliyyata Dortmund Polis İdarəsi rəhbərlik edib.

Bundan əvvəl Dortmund polisinin mətbuat xidməti tvitterdəki paylaşımda Hagendəki yəhudi icmasına mümkün təhlükə haqqında məlumat verib.

Hazırda hüquq-mühafizə orqanları bütün təhlükəsizlik tədbirlərini təmin edib və şəhərin yəhudi icması ilə daim əlaqə saxlayır.





Mənbə: https://report.az/diger-olkeler/almaniyada-polis-sinaqoq-etrafinda-emeliyyat-kecirib/

Comments are closed, but trackbacks and pingbacks are open.