Amerikada koronavirusa yoluxmalar artır | Report.az

Amerikada koronavirusa yoluxmalar artır | Report.az



Amerikada koronavirusa yoluxmalar artir Reportaz

Şimali və Mərkəzi Amerika ölkələrində koronavirusa yoluxma sayı yenidən artmağa başlayıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının statistik rəqəmlərinə görə, Cənubi Amerika ölkələrində yoluxma azalsa da, Braziliya, Argentina və Kolumbiyada ölüm sayı hələ də yüksəkdir.

ABŞ-da yoluxma sayı ötən ay azaldıqdan sonra yenə də gündəlik 40 minə yaxınlaşıb ki, bu da may ayının səviyyəsinə uyğundur. Ekspertlər bunu koronavirusun yeni variantlarının yayılması ilə izah edirlər. Meksikada isə gündəlik 12 mindən artıq yoluxma qeydə alınır ki, bu da fevral ayının rəqəmlərinə yaxındır. Həmçinin Kubada və Qvatemalada yoluxma sayı müvafiq olaraq 6 min və 3 min səviyyəsinə qalxaraq maksimum həddə yaxınlaşıb.

Braziliya gündəlik yoluxma (50 min) və ölüm sayına (1 600) görə ölkə ilk sıradadır.





Mənbə: https://report.az/diger-olkeler/simali-amerikada-koronavirusa-yoluxmalar-artir/

Comments are closed, but trackbacks and pingbacks are open.