Andreas Asimenos: “Qarabağ”la oyunda qol şanslarından yararlana bilmədik”

Andreas Asimenos: "Qarabağ"la oyunda qol şanslarından yararlana bilmədik"



Andreas Asimenos Qarabagla oyunda qol sanslarindan yararlana bilmədik

“Oyundan sonra çox xoşbəxtəm. Bu qarşılaşmada yaxşı çıxış etdiyimi düşünürəm. Ümid edirəm ki, baş məşqçi növbəti matçlarda da mənə şans verəcək”.

“Report”un məlumatına görə, bu fikirləri Kiprin “Omoniya” klubunun futbolçusu Andreas Asimen Bakıda “Qarabağ”la 2:2 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyunu barədə “24sports” nəşrinə açıqlamasında deyib.

17 yaşlı yarımmüdafiəçi görüşə start heyətdə başladığı üçün sevincli olduğunu bildirib: “Çətin oyun olacağını gözləyirdik. Gənc olsam da, buna hazırlıqlı idim. İki real qol şansımız oldu, amma yararlana bilmədik. Sonda heç-heçə etdik”.





Mənbə: https://report.az/futbol-xeberleri/omoniya-nin-futbolcusu-qarabag-la-oyunda-qelebe-qazana-bilerdik/

Comments are closed, but trackbacks and pingbacks are open.