“Apple” bütün cihazlarında üztanıma texnologiyası tətbiq edəcək

“Apple” bütün cihazlarında üztanıma texnologiyası tətbiq edəcək



Apple butun cihazlarinda uztanima texnologiyasi tətbiq edəcək

ABŞ-ın Kompüter texnikası və istehlak elektronikası istehsalçısı “Apple” 2 il ərzində bütün cihazlarında “Face ID” üztanıma funsiyası tətbiq edəcək.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, gələcəkdə bu funksiya “Mac” kompüterlərinə, aşağı büdcəli “iPhone SE” və “iPad Air”ə əlavə ediləcək.

Hazırda bu cihazlarda “Face ID”nin daha ucuz alternativi olan barmaq izi skaneri “Touch ID”dən istifadə olunur.

Xatıladaq ki, “Face ID” 2017-ci ildən tətbiq olunur. Bu funksiya smartfonu açmağa, “iTunes Store”, “App Store” və “iBooks Store”da alış-veriş etməyə, “Apple Pay”də ödəniş üçün kartları seçməyə imkan verir.





Mənbə: https://report.az/ikt/apple-butun-cihazlarinda-uztanima-texnologiyasi-tetbiq-edecek/

Comments are closed, but trackbacks and pingbacks are open.