AQTA: “Yeni sistem itmiş, oğurlanmış heyvanların axtarışını asanlaşdıracaq”

AQTA 6 ictimai iaşə müəssisəsində nöqsan aşkarladı



AQTA 6 ictimai iasə muəssisəsində noqsan askarladi

Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) bütün kənd təsərrüfatı heyvanlarının (ilkin mərhələdə iribuynuzlu heyvanların və atların) identikləşdirilərək qeydiyyata alınması ilə yanaşı, hər bir heyvanın və heyvandarlıq məhsulunun “fermadan süfrəyədək” izlənməsinə imkan verdiyi üçün qida təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.

Azərbaycan Qida Təhülükəsizliyi Agentliyindən (AQTA) “Report”a verilən məlumata görə, yeni yaradılacaq sistem vasitəsilə itmiş, oğurlanmış heyvanların axtarışı asanlaşacaq.

Sistem heyvan mənşəli məhsulun hansı təsərrüfatdan çıxdığı, neçə nömrəli heyvanın ətindən, yaxud südündən hazırlandığı, hansı istehsal müəssisəsində emal olunduğu barədə məlumatı, həmçinin digər zəruri məlumatları özündə əks etdirəcək.

Heyvanda tətbiq edilmiş peyvəndlər, habelə müalicəvi və profilaktik məqsədlə istifadə edilmiş baytarlıq preparatları və sair barədə məlumatlar da həmin sistemdə yer alacaq.





Mənbə: https://report.az/sehiyye-xeberler/yeni-sistem-itmis-ogurlanmis-heyvanlarin-axtarisini-asanlasdiracaq/

Comments are closed, but trackbacks and pingbacks are open.