“Arsenal”ın futbolçusu: “Avropa çempionatında tarix yazmaq istəyirik”

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


“Oyuna yaxşı hazırlaşmışıq. Bizdən gözləntilər böyükdür. Addım-addım hərəkət edirik. Düşünürük ki, daha da irəliyə gedə bilərik”

“Report”un məlumatına görə, bu fikirləri İsveçrə millisinin futbolçusu Qranit Caka Uelslə AVRO-2020-nin A qrupunun ilk tur oyunundan öncə mətbuat konfransında deyib.

İngiltərə “Arsenal”ında çıxış edən 29 yaşlı yarımmüdafiəçi bildirib ki, qarşıda duran əsas vəzifə qələbə qazanmaqdır: “Təcrübəli oyunçularımız çoxdur. Hədəflərimiz böyükdür. Burada ciddi uğurlara imza atmaq, tarix yazmaq istəyirik. Amma bunun üçün meydanda daha yaxşı oyun göstərməliyik”.

Təcrübəli oyunçu sabahkı matçdan heç bir təhlükə gözləmədiyini vurğulayıb: “Yaxşı oynasaq, problem olmayacaq. Amma rəqibə də hörmət edirik. Aaron Remsi ilə İngiltərədə oynamışam. Sabah bizi maraqlı oyun gözləyir. Matça tam hazırıq”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Uels – İsveçrə matçı saat 17:00-da başlayacaq.





Mənbə: https://report.az/futbol-xeberleri/arsenal-in-futbolcusu-avropa-cempionatinda-tarix-yazmaq-isteyirik/

Comments are closed, but trackbacks and pingbacks are open.