Artıq avtovağzalda da peyvənd vurdura bilərsiz

Artıq avtovağzalda da peyvənd vurdura bilərsiz


Bakı Beynəlxalq Avtovağzal Kompleksində sərnişinlər üçün koronavirusa qarşı vaksinasiya məntəqəsi təşkil edilib.

Axşam.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova feysbuk hesabında məlumat verib. Onun sözlərinə görə, vaksinasiya xidmətindən sərnişinlər faydalana bilərlər:

“Sərnişin regionda birinci doza vaksin olunubsa və ikinci dozanın vaxtı çatıbsa, Bakıya daxil olan kimi bu məntəqədə ikinci doza peyvənd oluna bilər. Məntəqədə vaksin preparatlarını saxlamaq üçün xüsusi soyuducu var, hər şey yüksək səviyyədə təşkil olunub”.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=136407

Comments are closed, but trackbacks and pingbacks are open.