AŞ-nin Baş katibi: “Azərbaycan və Ermənistan arasında qarşılıqlı inam gücləndirilməlidir”

AŞ-nin Baş katibi: "Azərbaycan və Ermənistan arasında qarşılıqlı inam gücləndirilməlidir"



AS nin Bas katibi Azərbaycan və Ermənistan arasinda qarsiliqli inam gucləndirilməlidir

“Azərbaycan və Ermənistan arasında qarşılıqlı inamı gücləndirən tədbirlərin görülməsinə başlanılmalıdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç AŞPA-nın payız sessiyası zamanı bildirib.

Onun sözlərinə görə, Avropa Şurası Azərbaycan və Ermənistan arasında qarşılıqlı inamı gücləndirən tədbirlərin görülməsinə başlayıb: “Qarşılıqlı inamı gücləndirən tədbirlər münaqişədən sonrakı mərhələdə vacibdir və əhəmiyyətli rola malikdir. Lakin bu, yalnız hər iki tərəfin razılığı olması zamanı mümkündür”.

Baş katib qadınların bu məsələdəki roluna da toxunub: “Bu məqsədlə siyasətdən uzaq mövzular ətrafında müzakirələr aparmaq məqsədəuyğundur. Qadınların rolu mövzusu ən məsləhətli mövzulardan biridir.”





Mənbə: https://report.az/xarici-siyaset/as-nin-bas-katibi-azerbaycan-ve-ermenistan-arasinda-qarsiliqli-inam-guclendirilmelidir/

Comments are closed, but trackbacks and pingbacks are open.